Qranitin üstündə inqilab
Qranitin üstündə tələbə inqilab — Sovet Ukraynanın paytaxt Kiyev şəhərində 1990-cı ilin oktyabrında baş verən etiraz aksiyaları. Mərkəzi Kiyevin Azadlıq meydanında (ukr. Майдан Незалежності) olan ilk böyük siyasi etirazlardan birincisi sayılır. Sonra, 2004-cü ildə Narıncı inqilab, 2013-2014 illərin arasında isə Avromeydan burda mərkəzləşib. Qranitin üstündə inqilaın bir sıra yönəlticiləri 2004-cü ilin Narıncı inqlabın baş təşkilçilərin arasında olublar.
1989-cu ilin avqust ayında Ukrayna Tələbə Birliyi yaradılıb. Bu qurum gələn 1990-cu ildə keçirilən Ukrayna parlament seçkilərinin nəticələri ilə dərin şəkildə narazı idi. Həmin seçkilərdə Ukrayna Kommunist Partiyası 331, Demokratik Bloku isə 111 yer almışdı. Tələbə lider, Oles Danii bəyan etmişdi ki, Demokratik Bloku yerlərin çoxluğunu almalı idi. Bundan sonra, Tələbə Birliyi böyük etirazlara hazırlaşmağa başlayıblar.